Türkiyədə yeni dövrün Nazirlər Kabinetinin ilk iclası bu gün keçiriləcək

   Türkiyədə yeni dövrün Nazirlər Kabinetinin ilk iclası bu gün keçiriləcək
  06 İyun 2023    Oxunub:785
Bu gün Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək.
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda yeni dövrün yol xəritəsi müzakirə ediləcək.

Yeni dövrdə inflyasiya ilə mübarizəyə üstünlük veriləcəyi gözlənilir. İclasda iqtisadi məsələlərlə yanaşı, terrora qarşı mübarizə və xarici siyasətdəki son vəziyyət də müzakirə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti