Milli yeməklərimizlə bağlı sayt yaradılır

"Məqsəd müxtəlif regionlara xas mətbəx reseptlərini bir yerə toplamaqla bərabər, yemək hazırlığı prosesində əvəzsiz rola malik biomüxtəliflik nümunələrini özündə ehtiva edən qastronomiya konsepsiyasıdır. İndiyə qədər 14 region üzrə 1 200-ə qədər milli resept bir araya yığılıb. Layihə tezliklə ictimaiyyətə təqdim ediləcək".
Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova qeyd edib ki, "Milli dadlar" layihəsi çərçivəsində saytın qurulması işlərinə başlanılıb: "Azərbaycanın kulinariya ensiklopediyası var və onun yenilənməsinə ehtiyac var. İlkin elektron bazanın yaradılması üçün 14 regiona səfərlər olub, bizə məxsus olan milli yeməklərin sorğusu keçirilir".
Aytən Zəhra
AzVision.az