Qutab küçə yeməkləri layihəsinə salındı

  Qutab küçə yeməkləri layihəsinə salındı
  06 İyun 2023    Oxunub:847
Milli küçə yeməklərinin (streetfood) hazırlanması istiqamətində konsepsiya üzərində iş aparılır.
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu çərçivədə qutabın müxtəlif növlərinin təqdim olunaması nəzərdə tutulur.

"Təəssüf ki, bizdə küçə yeməyi deyəndə dönər və lahmacun başa düşülür. Bu da Türkiyə mətbəxinə aiddir. Milli küçə yeməkləri layihəsi çərçivəsində qutabın müxtəlif növlərinin Azərbaycanın əsas hədəf bazarları Rusiya, İsrail, Türkiyədə təqdim olunması nəzərdə tutulur. Həmin ölkələrdə qutab evlərinin açılması ilə bağlı işlərə başlanılıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: Qutab  





Xəbər lenti