Azərbaycanın unudulan yeməkləri üzə çıxarılacaq

Azərbaycanın unudulan yeməkləri üzə çıxarılacaq
  06 İyun 2023    Oxunub:768
"Azərbaycanın unudulmaqda olan yeməklərinin təbliği üzrə iş aparılır".
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
"Hamı soruşur ki, Tahir Əmiraslanovdan başqa kulinarınız yoxdur?"


“Milli mətbəximizin ən tanınan nümunələri dolma və kababdır. Amma bizim mətbəx çox zəngindir. Ona görə unudulmaqda olan milli mətbəx nümunələrini təbliğ etməyi düşünürük. Bunun üçün bir sıra qurumlarla birlikdə iş aparılır. İlkin olaraq bir neçə pilot səfərlər təşkil etməyi nəzərdə tuturuq. Daha sonra isə bu layihə də biznesə açıq olacaq və qonaqlarımız unudulmaqda olan yeməklərimizlə tanış olacaqlar".

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti