"Hər il danışıram, özüm də bezmişəm" - Tahir Kərimli

   "Hər il danışıram, özüm də bezmişəm" -    Tahir Kərimli
  06 İyun 2023    Oxunub:1640
"Ağsu dolayları haqqında hər il danışıram. Özüm də bezmişəm. Hər dəfə yazılı deyirlər ki, gələn il olacaq, amma olmur".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
"Səhvlərdən nəticə çıxarmaq lazımdır" - Nazir müavini


"Məsələləri qaldırırıq, özümüz deyib, özümüz eşidirik. Nə qədər təklif irəli sürmüşəm. Biri də icra olunmur. Xahiş edirəm, məsələlərə diqqət edilsin. Seçicilərimiz əvvəl bizə deyirdilər ki, bu məsələni qaldırın. İndi isə deyirlər ki, siz qaldırdığınız məsələlərin nə xeyri var? Hansı qaldırdığınız məsələ qəbul olunub? Hökumətdən xahişim odur ki, qaldırılan məsələləri yerinə yetirsinlər", - deyə T. Kərimli bildirib.

AzVision.az


Teqlər:   TahirKərimli  





Xəbər lenti