Mayor Türkiyə kəşfiyyatını necə aldadıb? - Gizlinlər açıqlandı

  Mayor Türkiyə kəşfiyyatını necə aldadıb? -    Gizlinlər açıqlandı
  06 İyun 2023    Oxunub:1916
Türkiyə Milli İstihbarat Təşkilatına ölkədə seçkilərin birinci turuna bir gün qalmış çevriliş olacağı ilə bağlı məlumat daxil olub. Bu barədə AzVision.az “Yeni Şafak” qəzetinə istinadən yazır.
Qəzetə daxil olan məlumata görə, mayın 13-də şənbə günü saat 13.00 radələrində Dəniz Piyadaları Korpusunun mayoru S.T. MİT-in Çanaqqala bölgə idarəsinə gedərək Türkiyədə dövlət çevrilişinə cəhdin hazırlandığını məruzə edib.

Məlumata çox ciddi yanaşıldığı bildirilir. MİT, Milli Müdafiə Nazirliyi və Baş Qərargah, Prezident administrasiyası xəbərdar edilib.

Bütün əsgər yataqxanlarında və bazalarda növbə ilə axtarış aparıldığı qeyd edilir. Ora giriş məhdudlaşdırılıb.

Lakin tezliklə ifadəsi alınan S.T.-nin yalan dediyi məlum olub və onun psixi sağlamlığı ilə bağlı şübhələr yaranıb. Bununla belə, hərbi baza və birləşmələrdə ehtiyat tədbirləri mayın 28-dək davam edib.

Xatırladaq ki, 2016-cı il iyulun 16-na keçən gecə bir qrup qiyamçı Türkiyədə hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankara və İstanbulda baş verib. 250-dən çox türk vətəndaşı öldürülüb, 2 mindən çox insan yaralanıb, üsyan yatırılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kəşfiyyat   Çevriliş  





Xəbər lenti