İran səsdən sürətli raketini təqdim etdi

   İran səsdən sürətli raketini təqdim etdi
  06 İyun 2023    Oxunub:1150
İran 1400 kilometr mənzilli "Fəttah" adlı ilk hipersəs ballistik raketini nümayiş etdirib. Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Tədbirdə İran prezidenti İbrahim Rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri iştirak ediblər.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əmirəli Hacızadə bildirib ki, ilk "Fəttah" bütün raketdən müdafiə sistemlərindən keçəcək və bu silahlara qarşı mübarizə aparmaq üçün texnologiya onilliklər ərzində üzə çıxa bilməyəcək.

O əlavə edib ki, bu raket düşmənin raket əleyhinə sistemlərini məhv etmək üçün həll yoludur. O, səs sürətindən beş dəfə sürətlə hərəkət edə bilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İran  





Xəbər lenti