İranlı deputat son haker hücumlarını təsdiqlədi
“Prezident administrasiyası heç vaxt haker hücumunu təsdiqləməsə də, qeyd etməliyik ki, hakerlər istənilən təşkilata daxil ola bilərlər. Hacking və hakerlərin hökumətin sənəd və məlumatlarına çıxışı ABŞ Maliyyə nazirliyinin “ArvanCloud” sanksiyasından daha vacibdir. Hakerlər sistemlərə daxil olur və sistem proseslərinə təsir edir, informasiyaya müdaxilə edir və fabriklər, təşkilatlar, neft-kimya məhsulları kimi bəzi mərkəzlərdə ciddi problemlərə səbəb olur”, - Hüseyn Cəlali deyib.
İranlı deputat vəziyyətdən çıxış yolunu hakerlərin hücumuna məruz qalmayan ölkələrin təcrübəsinə diqqət yetirməkdə görür. Məsələn, hakerlər indiyədək Çinin sistemlərinə girə bilməyiblər, çünki bu ölkədə milli internet var. Bu baxımdan, İranın interneti də Çindəki kimi olmalıdır.
Qeyd edək ki, bir müddət əvvəl özünü “Rise to Overthrow” adlandıran və Xalq Mücahidləri təşkilatı ilə əlaqəli qrup kimi tanınan haker hesabı İran prezidentinin internet saytına haker hücumu ilə bağlı məsuliyyəti öz üzərinə götürərək, həmin sayta aid 120 serverin məlumatını ələ keçirdiyini bildirib. Sonrakı saatlarda hakerlər öz Telegram kanallarında serverlərdən sızdırılmış məxfi məlumat kimi sənəd və materialları açıqlayıblar. Bundan hətta bir həftə keçsə də, həmin sənədlərin dərci davam edir.
AzVision.az