"Kaxovska SES-də təxribatı Ukrayna qəsdən törədib" - Kreml

   "Kaxovska SES-də təxribatı Ukrayna qəsdən törədib" -    Kreml
  06 İyun 2023    Oxunub:1345
"Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyi və digər qurumlardan Kaxovka SES ətrafında baş verənlərlə bağlı məlumatlar alır".
Ukraynada "Nova Kaxovka" su anbarı dağıdılıb - VİDEO
AzVision.az xəbə verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Kaxovska SES-də təxribatı Ukrayna tərəfi qəsdən törədib.

Peskovun sözlərinə görə, təxribat potensial olaraq regionun bir neçə on minlərlə sakini üçün çox ekoloji fəsadlara və hələ müəyyən edilməmiş fərqli xarakterli nəticələrə gətirib çıxara bilər.

Moskva bəndin dağıdılmasında raket hücumunda əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edib. Peskov deyib ki, təxribat Kiyev hakimiyyətinin göstərişi ilə edilib - onlar baş verənlərə görə məsuliyyət daşımalıdırlar.

AzVision.az


Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti