Ərdoğan yeni nazirlərlə birgə Anıtqəbri ziyarət etdi - FOTOLAR

   Ərdoğan yeni nazirlərlə birgə Anıtqəbri ziyarət etdi -    FOTOLAR
  06 İyun 2023    Oxunub:1203
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və yeni kabinet üzvləri Anıtqəbri ziyarət edib.
Ərdoğan Anıtqəbirdəki Atatürkün məqbərəsinə əklil qoyub. Daha sonra o, bir dəqiqəlik sükutla yad edilib və dövlət himni oxunub. Ərdoğan Anıtqəbir Xüsusi Dəftərini imzaladıqdan sonra çıxış edib.

"Bu gün Nazirlər Kabinetimizin ilk iclasını keçiririk və Türkiyə əsrini qurmaq üçün sürətlə yola çıxırıq. Nazirlər Kabinetimizlə birlikdə 85 milyon insana sevgi ilə xidmət edəcəyik", -Ərdoğan bildirib.

Beştəpədə keçiriləcək kabinet iclasında mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və səhiyyə naziri Fahrettin Kocadan başqa, yeni təyin olunmuş vitse-prezident Cevdet Yılmaz və 15 nazir ilk dəfə iştirak edəcək.

İclasda yeni yol xəritəsinə, iqtisadiyyat və terrorla mübarizə ilə bağlımövzulara toxunulacaq.





Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti