Litva parlamenti özünü buraxmaqdan imtina edib

   Litva parlamenti özünü buraxmaqdan imtina edib
  06 İyun 2023    Oxunub:741
Litva parlamenti hökumət üzvlərinin xərcləri ilə bağlı qalmaqal fonunda hakim partiyanın növbədənkənar seçki təklifini rədd edib.
Bu barədə LRT məlumat yayıb. Seymin 66 deputatı növbədənkənar seçkilərin keçirilməsinin lehinə, 61 deputat əleyhinə səs verib, 8 deputat isə bitərəf qalıb.

Hakim "Vətən İttifaqı - Litva Xristian Demokratları" bir çox siyasətçilərin, o cümlədən Nazirlər Kabinetinin üç üzvünün bələdiyyə müşavirləri vəzifəsində işləyərkən rüşvət alması barədə mətbuatda yayılan xəbərlərdən sonra siyasi sistemi "sıfırlamaq" üçün parlamentin buraxılması və erkən seçkilərin keçirilməsini təklif ediblər.

Baş nazir İnqrida Simonyte əvvəllər parlamentin buraxılmasına razı olmadığı təqdirdə hökuməti istefaya göndərəcəyini vəd etmiş, lakin sonradan fikrini dəyişmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti