İranda koronavirusdan 75 min az adam ölə bilərdi
Koronavirus əleyhinə vaksinlərinin kəşfindən və inkişafından sonra İran hökuməti, vaksinlərin vaxtında alınmasına məhəl qoymadı. Halbuki, İran Bəhreynlə eyni qaydada peyvənd paylasaydı, əsasən yaşı 50-dən yuxarı olan 75 min 300 vətəndaşın ölümündən qaçmaq olardı.
Başqa bir modelləşdirmədə bu elmi araşdırmanın tədqiqatçıları yazır ki, İran öz vətəndaşlarının anti-Covid-19 peyvəndini Türkiyə ilə eyni sürətlə aparsa idi, bu virusa görə daha 50 min iranlının ölümünün qarşısı alınardı.
Daha bir parametr üzrə Argentinanın öz vətəndaşlarına covid peyvəndi vurmağa erkən başladığı, lakin inyeksiya prosesinin ləng getdiyi qeyd edilir. Bununla belə, araşdırmalar göstərir ki, əgər İran bunu heç olmasa Argentina kimi etsəydi, 12 min 600 İran vətəndaşı ölümdən qurtula bilərdi.
Araşdırmanın nəticələrinə əsasən İran hökumətinin bu sahədə fəaliyyəti Monteneqro və Boliviya kimi oxşar gəlirlərə malik ölkələrdən daha pis olub. İranda gündəlik “korona” ölümlərinin açıqlanması zamanı hökumət rəsmiləri bu məsələ ilə bağlı şəffaflıqdan imtina etdillərinə görə, nəticədə İranda bu fəsaddan ölənlərin ümumi sayının etibarlı statistikası yoxdur.
AzVision.az
Teqlər: