Kansler Baydenin yenidən prezident olmaq şanslarını qiymətləndirib

   Kansler Baydenin yenidən prezident olmaq şanslarını qiymətləndirib
  06 İyun 2023    Oxunub:783
Almaniya kansleri Olaf Şolts əmindir ki, ABŞ prezidenti Cozef Bayden 2024-cü ildə yenidən prezident seçiləcək.
Bu barədə “Reuters” məlumat yayıb. Şolys Berlində keçirilən 25-ci Beynəlxalq Avropa Forumunda deyib: "Düşünürəm ki, Baydenin yenidən seçilmək üçün çox yaxşı şansı var".

Kansler vurğulayıb ki, Almaniyanın ABŞ-ın hazırkı prezidenti ilə çox yaxın transatlantik əlaqələri var. Eyni zamanda o əlavə edib ki, Berlin Vaşinqtonda istənilən hökumətlə əməkdaşlığa hazırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti