Partlayışdan əvvəl və sonra: Kaxovanın peyk görüntüsü

  Partlayışdan əvvəl və sonra:  Kaxovanın peyk görüntüsü
  06 İyun 2023    Oxunub:2806
Kaxova Su Elektrik Stansiyasının dağıdılmış bəndinin ilk peyk görüntüsü yayımlanıb.
Bəndin partlayışdan əvvəl və sonrakı fotolarını Scheme nəşri paylaşıb.

"Planet Labs-ın 2023-cü il iyunun 6-na olan təzə peyk fotoşəkilləri Kaxovka SES-də baş verən partlayışın nəticələrini göstərir. İyunun 4-də olan görüntü ilə müqayisədə su elektrik stansiyasının demək olar ki, bütün strukturunun dağıldığını görmək olar. ”, - məlumatda deyilir.



Qeyd edək ki, Ukraynanın cənubunda, Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən "Nova Kaxovka" su anbarı vurulub. Dnepr çayı üzərindəki bənd bölgədə böyük daşqınlara səbəb olub. Tərəflər isə bəndin vurulmasına görə bir-birini günahlandırırlar.
Kaxova SES-in vurulmasından sonra qunduzlar küçələrə axışdı - VİDEO


Ukrayna ordusu Rusiya qüvvələrinin bəndi partlatdığını iddia edib. "Kaxovka bəndi Rusiya işğalçı qüvvələri tərəfindən partladılıb", - deyəUkrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığının məlumatında bildirib.

Rusiya xəbər agentlikləri isə Rusiya qüvvələrinin nəzarətində olan bəndin bombardman nəticəsində dağıdıldığını, bir rus rəsmisi isə "terror hücumu olduğunu" vurğulayıb.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Tvitter" hesabında bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski bənddə baş verən partlayışla bağlı təcili iclas keçirəcək.

Hündürlüyü 30 metr, uzunluğu 3,2 km olan bənd 1956-cı ildə "Kaxovka" su elektrik stansiyasının tərkibində Dnepr çayı üzərində tikilib. Su anbarı həmçinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasını və Rusiyanın nəzarətində olan Zaporojjya AES-ni də su ilə təmin edir.

Sovet dövründən qalan və Rusiyanın nəzarətində olan bəndin partladılması Xerson vilayətinin böyük hissəsində daşqınlara səbəb ola bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   SES  





Xəbər lenti