Tehranda anbarda yanğın: 3 nəfər yaralanıb

      Tehranda anbarda yanğın:    3 nəfər yaralanıb
  06 İyun 2023    Oxunub:1239
Tehranda yapışqan qablarının saxlandığı anbarda baş verən yanğın nəticəsində 3 nəfər ciddi yanıq xəsarətləri alıb.
Bu barədə ISNA agentliyi İranın təcili tibbi yardım təşkilatı rəhbərinin müavini Babək Yektapərəstə istinadən məlumat yayıb.

"Tehran bazarındakı anbarda baş verən yanğın nəticəsində 3 nəfər xəsarət alıb. Ölkənin təcili tibbi yardım təşkilatı rəhbərinin müavininin sözlərinə görə zərərçəkənlər yanıq xəsarətləri alıblar", - məlumatda deyilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Tehran   Yanğın  





Xəbər lenti