Orduda hərbi vəzifəlilərlə təlim toplanışı davam edir

Orduda hərbi vəzifəlilərlə təlim toplanışı davam edir
  06 İyun 2023    Oxunub:805
2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq, hərbi vəzifəlilərlə sıra hazırlığı, rabitə hazırlığı məşğələləri keçirilir, onlara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.

Qeyd edək ki, təlim toplanışının keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.

AzVision.az



Teqlər: Ordu  





Xəbər lenti