Qarabağ erməniləri Azərbaycanda sülh içində yaşaya bilər - Hulusi Kılıç

 Qarabağ erməniləri Azərbaycanda sülh içində yaşaya bilər -  Hulusi Kılıç
  21 Sentyabr 2023    Oxunub:1385
"Ümid edirik ki, bu gün Yevlaxda keçirilən görüşün müsbət nəticələri olar".
Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç bildirib.

O qeyd edib ki, "Dəmir yumruq" Qarabağdakı separatçıların başını əzdi.

"Azərbaycanın 19 sentyabrda başladığı və 24 saatdan az davam edən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçılar zərərsiz hala gətirildi. Beləliklə, Qarabağda yaşayan erməni əhalisi bu separatçılardan qurtuldu. Üç ildir ki, Azərbaycan səbirlə bu qeyri-qanuni erməni birləşmələrinin Qarabağdan çıxmasını gözləyirdi. Lakin onlar bunu etmədiyi üçün Azərbaycan lazım olanı etdi.

Azərbaycan lokal antiterror tədbirləri zamanı heç bir mülki şəxsə və infrastruktura zərər vermədi. Bu qədər dəqiqliklə tədbir keçirən başqa bir ordu yoxdur. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra ikinci zəfərini də qazandı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun gücü ilə bu zəfər qazanıldı. Dünya tarixində belə bir zəfərə sahib dövlət çox azdır", - deyə o əlavə edib.

H.Kılıç bildirib ki, Qarabağ Azərbaycan torpağıdır və orada yaşayan mülki erməni əhalisi Azərbaycan vətəndaşıdır.

"Bugün Yevlaxda keçirilən görüşdə ümid edirik ki, müsbət nəticələri olar. Qarabağda yaşayan ermənilər Azərbaycanda sülh və əmin-amanlıq içində yaşaya bilər",- deyə o qeyd edib.(Trend)

AzVision.az


Teqlər:





Xəbər lenti