Erməni nümayəndələrlə daha bir görüş olacaq

   Erməni nümayəndələrlə daha bir görüş olacaq
  21 Sentyabr 2023    Oxunub:1464
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti