Şəhidin əkiz övladları üçün hesab açılacaq

   Şəhidin əkiz övladları üçün hesab açılacaq
  29 Sentyabr 2023    Oxunub:951
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Səbuhi Əliyevin Bakı şəhərində doğulan əkiz övladları Nərgiz və Nazlının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.
Fonddan AzVision.az -a verilən xəbərə görə, bu məqsədlə 2000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpələrin adına isə depozit hesabları açılacaq və ümumilikdə 10 000 AZN vəsait onların hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladları bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesablarından çıxara biləcəklər.

"Onlar bizə əmanət" layihəsi indiyədək 109 şəhid övladını əhatə edib.




AzVision.az


Teqlər:





Xəbər lenti