“Azercell Telekom” iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim edir!

Ətraflı
Azercell iPhone 15 alıcıları üçün xüsusi kampaniya keçirir. Şirkət Azercell Eksklüziv mağazalarından iPhone 15 seriyalı smartfonları alan bütün müştərilərinə seçdikləri “Sərbəst” tarifinə bir il ərzində 30% endirim təqdim edir. Bu təklif Azercell müştərilərinə iPhone 15-in yüksək performansından yararlanmaqla yanaşı, rabitə xərclərinə də qənaət etmək imkanı verir.
Yeni iPhone 15 smartfonlarının ilk sahiblərindən biri olmağa tələsin! 29 sentyabrdan etibarən ən yaxın Azercell Eksklüziv mağazasına gəlin və yeni nəsil rəqəmsal həlləri Azercell ilə kəşf edin!
Daha ətraflı məlumat üçün şirkətin rəsmi internet səhifəsinə keçid edin:
https://www.azercell.com/az/personal/campaigns/devices/smartfonlar.html
AzVision.az
Teqlər: