Xankəndində dağıntılar altından 48 nəfərin cəsədi çıxarıldı - Video

 Xankəndində dağıntılar altından 48 nəfərin cəsədi çıxarıldı -    Video
  29 Sentyabr 2023    Oxunub:1142
Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
FHN-dən AzVision.az -a verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.






AzVision.az


Teqlər:





Xəbər lenti