Klinton: "Putinin sayəsində Rusiyanın dünyada nüfuzu artıb"

      Klinton:    "Putinin sayəsində Rusiyanın dünyada nüfuzu artıb"
  04 Oktyabr 2023    Oxunub:1275
Rusiyanın dünyada nüfuzunun artması prezident Vladimir Putinin xidmətidir.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton "PBS News"a müsahibəsində deyib.

O qeyd edib ki, Rusiya dövlət başçısı və onun komandası demokratik əsasları sarsıtmaq, eləcə də ölkə liderlərini öz tərəflərinə çəkmək üçün müxtəlif əməliyyatlar həyata keçirir.

“İnsanların “Russia Today” telekanalında ilk dəfə səsləndirilən rus tezislərini və ya Rusiya rəsmisinin çıxışlarını danışdıqlarını eşidəndə, bu, 1:0 Putinin xeyrinədir”, keçmiş dövlət katibi deyib.

Lakin Klinton da əmindir ki, ABŞ Konqresinin üzvlərinin əksəriyyəti Ukraynanı dəstəkləməkdə davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti