Məşhur Tuğ şərabı süfrələrə qayıdır - Fotolar

Məşhur Tuğ şərabı süfrələrə qayıdır -    Fotolar
  26 Noyabr 2023    Oxunub:2874
Şamaxıda keçirilən İkinci üzüm və şərab festivalında Qarabağın Tuğ kəndində yetişdirilən “Xındoqnu” üzüm sortundan alınan şərab ilk dəfə təqdim olunub.
Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva AzVision.az-a açıqlamasında bildirib ki, “Xındoqnu” üzümündən indiyədək iki min litr şərab istehsal edilib. Tuğ şərabı hələlik satışa çıxarılmasa da, yaxın vaxtlarda həm daxili bazarda satışı, həm də xaricə ixracı planlaşdırılıb.

Hazırda Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Qeyd edək ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.






AzVision.az

Qalereya




Teqlər: Tuğ   Şərab  





Xəbər lenti