İsraillə HAMAS arasında atəşkəs daha iki gün uzadılıb

   İsraillə HAMAS arasında atəşkəs daha iki gün uzadılıb
  27 Noyabr 2023    Oxunub:1288
İsrail və HAMAS arasında müvəqqəti atəşkəs daha iki gün uzadılıb.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb. Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari sosial şəbəkə hesabında yazıb: “Qətər Dövləti davam edən vasitəçilik çərçivəsində Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılmasına dair razılıq əldə olunduğunu elan edir”.

Bundan əvvəl, Misir Prezidentinin baş müşaviri Diaa Raşvan bildirib ki, Qahirə və Doha İsrail və HAMAS arasında davam edən atəşkəsin daha iki gün uzadılmasını təmin etməyə çox yaxındır.

Bildirilib ki, atəşkəs iki gün uzadılacağı təqdirdə, HAMAS 20 israilli girovu, İsrail tərəfi isə 60 fələstinlini azad edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti