Peşə təhsili alan 28 tələbəyə kredit verilib

 Peşə təhsili alan 28 tələbəyə kredit verilib
  28 Noyabr 2023    Oxunub:699
Ödənişli əsaslarla peşə təhsili alan 28 tələbəyə tələbə təhsil krediti ayrılıb.
Bunu AzVision.az -a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli deyib. O qeyd edib ki, peşə təhsili alan 31 mindən çox tələbədən 3622 nəfəri ödənişli əsaslarla oxuyur:

"Peşə təhsili alanlara tələbə təhsil kreditinin verilməsi yeni olduğu üçün müraciət edənlər azdır. Həmçinin peşə təhsili üzrə ödəniş az olduğu üçün hər kəs onu ödəyə bilir. Ona görə hər kəs tələbə təhsil krediti üçün müraciət etmir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti