"Peşə təhsili alan qızların sayı artıb" - Direktor

   "Peşə təhsili alan qızların sayı artıb" -    Direktor
  28 Noyabr 2023    Oxunub:745
2023-2024-cü tədris ilində peşə təhsili alan qızların sayı 6 931 nəfər təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə 10 % artım deməkdir.
AzVision.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, bu göstəricidə artım olsa da, hədəflənən rəqəmdən azdır.

C.Kərəmov qeyd edib ki, ən çox tələb olunan ixtisas həmişə olduğu kimi aşpazlıq üzrə olub.

"Əmək bazarının araşdırılması ilə bağlı məlumatlar bizim istədiyimiz kimi deyil. Hələ də özümüz təkliflər veririk. Eləcə də aidiyyəti dövlət qurumlarından gələcək 5-10 il üçün hansı sahələrdə aktivliyi olacağı ilə bağlı məlumat istəyirik"

Direktor qeyd edib ki, məzunların əmək bazarında uğurları ilə bağlı ölçmələr aparılacaq.
"Hələ də peşə təhsili müəssisələrində çalışan kadrlara lazımi qədər əməkhaqqı verə bilmirik. Bundan başqa aşpaz ixtisası üzrə 30-dan çox vakansiya yerin 17-nə hələ də layiqli namizəd kadr tapa bilməmişik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti