Yerdə temperatur 1.5 dərəcədən də çox arta bilər

Yerdə temperatur 1.5 dərəcədən də çox arta bilər
  28 Noyabr 2023    Oxunub:834
“İqlim dəyişmələrinin qarşısının alınmasının əsas istiqamətlərindən biri istixana qazları emissiyalarının azaldılmasıdır. Məsələn, energetika sektorunda alternativ və bərpa olunan enerji mənbələrinə keçsək, həmin sektorda emissiyaların qarşısı alınacaq”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq Əməkdaşlıq və İqlim dəyişmələri şöbəsinin müdiri Fuad Hümbətov qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, orta temperaturun artması kənd təsərrüfatında yeni quraqlığadavamlı bitki növlərinin yetişdirilməsinin, iqlim cəhətdən ağıllı texnologiyalar tətbiq olunmasının vacibliyini ortaya qoyur.

“2100-cü ilə qədər temperatur sənayeləşmə dövrü ilə müqayisədə 3 dərəcə artsa, canlı aləmin 20-30 faizi məhv olar. Hazırda dünya üzrə atmosfer havasına təxminən 60 milyard ton karbon dioksidi ekvivalentində istixana qazı atılır. 2030-cu ilə qədər atılan emissiyanın miqdarı hazırki 4, 8 trilyon tonu keçsə 1.5 dərəcə C-dən daha artıq istiləşmə baş verəcəyi qaçılmazdır", - deyə F.Hümbətov qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti