Bu il 10 ali təhsil müəssisəsinin akkreditasiyası yekunlaşıb

Bu il 10 ali təhsil müəssisəsinin akkreditasiyası yekunlaşıb
  28 Noyabr 2023    Oxunub:783
Bu il 10 ali təhsil müəssisəsinin akkreditasiyası yekunlaşıb.
AzVision.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət təminatı üzrə Dövlət Agentliyinin sədr müavini, sədrin vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, 3 universitet isə hazırda qərarvermə mərhələsindədir: "Bura Bakı Mühəndislik Universiteti, ADA və Azərbaycan Tibb Universiteti daxildir. Ümumilikdə bu il üçün 13 ali təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulub. 1 il sonra təkrar akkreditasiya keçiriləcək. Növbəti ildə də 13 ali təhsil müəssisəsi qrafikə salınıb".

K.Rəsulov əlavə edib ki, 10 ali təhsil müəssisəsinin 3-də təkrar qiymətləndirmə aparılacaq: "Bura Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı aiddir. Çünki həmin universitetlərdə aparılan monitorinqlərdə müəyyən çatışmazlıqların aradan qaldırılması üçün bir il vaxt verilib".

"Bu il xarici diplomların tanınması üçün 6270 nəfər müraciət edib, onlardan 5215-i tanınıb, 1055 müraciətə isə müvafiq tələblərə əməl edilmədiyi üçün imtina cavabı verilib", - sədr müavini vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti