Bakıda mina təhlükəsi ilə mübarizəyə dair konfrans keçirilir

   Bakıda mina təhlükəsi ilə mübarizəyə dair konfrans keçirilir
  29 Noyabr 2023    Oxunub:918
Bu gün “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda ölkəmizdə beynəlxalq texniki konfrans keçirilir.
İki gün davam edən texniki konfransın keçirilməsində məqsəd ölkəmizin mövcud mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində qlobal innovativ texnologiyaların nümayiş olunması və bu sahədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir.
Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq texniki konfransda, dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir.

29 noyabr tarixində keçirilən konfransda, yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə gender bərabərliyi və mina qurbanlarına yardım sahəsində qabaqcıl təcrübələr, Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə istiqamətində müasir texnologiyaların tətbiqi mövzularında panel müzakirələr keçirilib. Habelə, iştirakçı qurumların müvafiq prezentasiyaları təqdim edilib.

Tədbir çərçivəsində əməliyyatçı qurumlar və istehsalçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti