Ceyhun Bayramov Moskvaya gedəcək

    Ceyhun Bayramov Moskvaya gedəcək
  29 Noyabr 2023    Oxunub:838
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 5-də Moskvada Xəzəryanı ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri ilə danışıqlar aparacaq. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
İclasda rusiyalı diplomatla yanaşı, Azərbaycan (Ceyhun Bayramov), İran (Hüseyn Əmir Abdollahian), Qazaxıstan (Murat Nurtleu), Türkmənistan (Rəşid Meredov)XİN rəhbərləri iştirak edəcək.

Zaxarova əlavə edib ki, bu formatda Nazirlər Şurasının iclası çərçivəsində Lavrov və onun həmkarları arasında bir sıra ikitərəfli görüşlər planlaşdırılır.

O, başqa təfərrüatları açıqlamayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti