Qrip və qızılca peyvəndi pulsuz olacaq

   Qrip və qızılca peyvəndi pulsuz olacaq
  29 Noyabr 2023    Oxunub:1068
Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək.
Bu barədə AzVision.az -a Respublika Gigiyena və Epidemologiya Mərkəzindən bildirilib.

Məlumatda qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.

Mərkəzdən qeyd edilib ki, Azərbaycanda böyük yaşlı əhalinin peyvənd olunması üçün QM (qızılca məxmərək) pulsuz aparılacaq.Bildirilib ki, peyvəndlər dövlət tibb müəssisələrində aparılacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti