Qəzza zolağında atəşkəsin müddəti uzadılıb

   Qəzza zolağında atəşkəsin müddəti uzadılıb
  30 Noyabr 2023    Oxunub:994
İsrail və HƏMAS Qəzza zolağında atəşkəsin müddəti uzadılıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri teleqram kanalında məlumat yayıb. "Vasitəçilərin girovların azad edilməsi prosesini davam etdirmək səyləri fonunda və çərçivə sazişinin şərtlərinə uyğun olaraq, atəşkəsin müddəti uzadılacaq.", - bəyanatında deyilir.

Fələstinin HƏMAS radikal hərəkatı isə Qəzza zolağında İsraillə atəşkəsin daha bir gün uzadıldığını açıqlayıb.

Noyabrın 29-da İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, girovların qaytarılması üzrə fasilə başa çatan kimi İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edəcək. Onun sözlərinə görə, atəşkəs başlayandan ötən müddət ərzində ölkə çox böyük uğurlar əldə edib.

Qəzza zolağında dördgünlük humanitar atəşkəs noyabrın 24-də başlayıb, daha sonra isə 2 gün uzadılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti