Baş katibin müavini: "BMT-də islahat üzv ölkələrin əlindədir"

      Baş katibin müavini:    "BMT-də islahat üzv ölkələrin əlindədir"
  30 Noyabr 2023    Oxunub:688
"BMT-də islahat ona üzv olan ölkələrin əlindədir və bu məsələ ilə bağlı qərar qəbul etmək üçün konsensus lazımdır".
Bunu BMT Baş katibinin müavini, dünya təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

“İslahat dedikdə biz işin təşkilinin təkmilləşdirilməsini, yeni şəraitə və çağırışlara uyğunlaşmağı nəzərdə tuturuq. BMT islahatına gəldikdə, geniş ictimaiyyət düşünür ki, bu, çox güman ki, idarəetmə orqanlarının islahatı deməkdir.

Biz başa düşməliyik ki, təşkilatın islahatı bütün üzv ölkələrin əlindədir və idarəetmə orqanlarında, Təhlükəsizlik Şurasında islahatlara dair qərarlar qəbul etmək üçün bütün iştirakçı dövlətlərin konsensusu lazımdır. Belə mühüm qərarlar qəbul edilərkən hər bir dövlətin səsi eşidilməlidir”, o qeyd edib.

Onun sözlərinə görə, BMT-də islahatın aparılması çox mürəkkəb prosesdir: “Bu, ölkələr arasında gedir və BMT Katibliyi orada iştirak edir. Hamı başa düşür ki, 1945-ci ildən bəri dünya əhəmiyyətli dərəcədə dəyişib”.

Tatyana Valovaya əlavə edib ki, qurumda idarəetmə və inzibati islahatlar BMT sisteminin Katibliyi və təşkilatları çərçivəsində həyata keçirilir: “BMT-nin Baş katibi Antonio Quterreş təşkilatı daha səmərəli etmək, qərarların daha sürətli qəbulunda və departamentlər arasında tez-tez mövcud olan maneələri aradan qaldırmaq üçün bir sıra idarəetmə islahatlarına başlayıb”.


AzVision.az


Teqlər:





Xəbər lenti