Bakıda qızılca epidemiyası? -200-dən çox yoluxma, şagird öldü

      Bakıda qızılca epidemiyası?  -200-dən çox yoluxma, şagird öldü
  30 Noyabr 2023    Oxunub:1863
Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı Rinat qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib.
Bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib. Direktor, həmçinin məktəb üçün tibb işçisi tələb etdiklərini, lakin aidiyyəti qurumların bu məsələni həll etmədiklərini bildirib:

Nazirlik qızılca ilə bağlı epidemioloji vəziyyəti açıqladı
“Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Ölkədə tibb sahəsində kadr çatışmazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. 3 növbəli məktəbin bir nəfər də olsun həkimi yoxdur. Son 5 gündə isə 200-dən çox yoluxma var”.

Qeyd edək ki, artıq bir müddətdir Azərbaycanda qızılca xəstəliyinə kütləvi yoluxma halları müşahidə olunur. Ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat etmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti