Putinlə Kissincerin dostluğundan danışdı: "Dərin söhbətlər edirdilər"

   Putinlə Kissincerin dostluğundan danışdı:   "Dərin söhbətlər edirdilər"
  30 Noyabr 2023    Oxunub:888
"Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer arasında dərin söhbətlər olurdu. Onlar həm cari beynəlxalq münasibətlərə, həm də gələcəyə dair müzakirələr aparırdılar".
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin artıq Amerika dövlət xadiminin vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verdiyini xatırladaraq deyib.
Kissincer 100 yaşında vəfat edib


“Onlar bir-birini çoxdan tanıyırdılar, bir neçə dəfə görüşüblər və beynəlxalq, Rusiya-Amerika münasibətlərinin hazırkı vəziyyəti, gələcəyə baxış haqqında dəfələrlə çox dərin söhbətlər aparıblar.

Prezident Putin isə Henri Kissincerin müdrikliyini, siyasi yetkinliyini və fenomenal diplomatik istedadını həmişə yüksək qiymətləndirib”, - Peskov bildirib.

Qeyd edək ki, Kissincer dünən 100 yaşında dünyasını dəyişib.

Siyasətçi bir neçə dəfə Rusiyaya səfər edib. Bu səfərlər zamanı o, Putinlə on dəfədən çox görüşüb (ilk görüş 2001-ci ilin iyulunda, sonuncu görüş 29 iyun 2017-ci ildə baş tutub).

Həmçinin oxu:
Putin nazirlə zarafat etdi: "Pul istəsək, ağlayacaq"

Nazarbayevin məhəbbət macərası: "Onun alovlu gözlərini və fiqurasını unuda bilmirdim"

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Putin  





Xəbər lenti