Bərdə-Ağdam -Əsgəran yolu yenidən qurulur - Sərəncam

   Bərdə-Ağdam -Əsgəran yolu yenidən qurulur -    Sərəncam
  30 Noyabr 2023    Oxunub:1001
Prezident İlham Əliyev Bərdə-Ağdam (40 km)-Əsgəran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncama əsasən, on səkkiz kilometr uzunluğu olan Bərdə-Ağdam (40 km)-Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti