Ermənistanın Milli Elmlər Akademiyasında cəsəd aşkarlanıb
![Ermənistanın Milli Elmlər Akademiyasında cəsəd aşkarlanıb Ermənistanın Milli Elmlər Akademiyasında cəsəd aşkarlanıb](https://azvision.az/photos/2023/11/Armenian_Academy_of_Sciences-1701339289.jpg)
"019 saylı təcili tibbi yardım qrupu Milli Elmlər Akademiyasına yola düşüb. Onlar Baqramyan prospektində kişi cəsədi aşkarlayıblar. Polis və müstəntiqlər Milli Elmlər Akademiyasının Mexanika İnstitutunun 2-ci mərtəbəsindəki kabinetdə huşsuz vəziyyətdə olan şəxsin artıq öldüyünü öyrəniblər. O, Ararat rayon sakini, 67 yaşlı Vardan T. olub. Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı Ərəbkir rayon İstintaq şöbəsində “qətl” (qəfil ölüm) maddəsi ilə cinayət işi açılıb",- nəşr yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: