AZAL Bakı ilə Doha arasında uçuşlar həyata keçirəcək

    AZAL Bakı ilə Doha arasında uçuşlar həyata keçirəcək
  08 Dekabr 2023    Oxunub:799
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Dohaya reys açaraq marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir
AzVision.az xəbər verir ki, AZAL-ın Bakı-Doha-Bakı marşrutu üzrə ilk uçuşu dekabrın 10-da həyata keçiriləcək.

Bu istiqamətdə uçuşlar həftədə iki dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Doha mədəni görməli yerləri, dəbdəbəli hotelləri və bir çox əyləncəsi ilə turistlər üçün maraqlı olan gözəl və müasir şəhərdir.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti