"Qarabağda böyük sayda abonentimiz yoxdur" - Azəriqaz

 "Qarabağda böyük sayda abonentimiz yoxdur" -  Azəriqaz
  08 Dekabr 2023    Oxunub:1030
İşğaldan azad edilmiş ərazilərdə qaz təchizatının bərpa edilməsi üçün yeni infrastruktur qurulur. Artıq Laçın şəhəri, Zabux kəndi, eyni zamanda Talış kəndi qaz xətləri çəkilib.
AzVision.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşdırma və inkişaf şöbəsinin rəsisi Teymur Cəfərov deyib. O qeyd edib ki, Talış kəndində orta məktəbdə təbii qazla işləyən qazanxana qurulub.
"Füzuli rayonunda bir sıra kəndlərin qaz təminatı üçün yeraltı orta təzyiqli qaz xətlərinin çəkilməsi işləri davam edir".

T.Cəfərov qeyd edib ki, növbəti illərdə də işğaldan azad edilmiş ərazilərdə kəndlərə qaz xətlərinin çəkilməsi prosesi davam etdiriləcək.
"Hazırda Qarabağda böyük sayda abonentimiz yoxdur. Lakin məskunlaşma davam etdikcə, fərdi evlərə təbii qazın çəkilişi də həyata keçiriləcək. Bu işlər davamlı sürətdə aparılır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti