"Birgə bəyanat qarşılıqlı siyasi iradənin bir daha nümayişidir" - İlham Əliyev

   "Birgə bəyanat qarşılıqlı siyasi iradənin bir daha nümayişidir" -    İlham Əliyev
  08 Dekabr 2023    Oxunub:769
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir.
AzVision.az xəbər verir ki, bu sözləri dövlət başçısı dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edərkən deyib.

Prezident vurğulayıb ki, Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır.

AzVision.az


Teqlər:





Xəbər lenti