Somali prezidentinin oğlu Türkiyədə maşınla adam vurdu

   Somali prezidentinin oğlu Türkiyədə maşınla adam vurdu
  08 Dekabr 2023    Oxunub:1075
İstanbul prokurorları kuryerin öldüyü yol qəzasından sonra Somali prezidenti Məhəmməd Həsən Mahmudun oğlunun həbsini istəyib. Bu barədə NTV telekanalı məlumat yayıb.
“Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib... Mahmudun Türkiyədən çıxışına da qadağa qoyulub”, – telekanal prokurorluğun bəyanatından sitat gətirir.

KİV-in məlumatına görə, hadisə noyabrın 30-da İstanbulun mərkəzində Kennedi şossesində baş verib. Motosiklet sürən 38 yaşlı kuryer Yunus Geçer yol kənarında dayanmaq üçün tunelin çıxışında sürətini azaltmağa başlayıb. Bu zaman Məhəmməd Həsən Mahmudun idarə etdiyi motosikletə çırpılıb. Zərbə nəticəsində Geçer yola düşüb.

Qəzadan sonra kuryer xəstəxanaya yerləşdirilib, Somali prezidentinin oğlu isə polisə ifadə verdikdən sonra evə buraxılıb. Dekabrın 6-da kuryer həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti