Hacıqabulda maşın piyadanı vuraraq öldürdü

Hacıqabulda maşın piyadanı vuraraq öldürdü
  09 Dekabr 2023    Oxunub:1238
Hacıqabulda 18 yaşlı gənci avtomobil vuraraq öldürüb.
AzVision.az xəbər verir ki, hadisə rayonun Birinci Udullu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili evə qayıdan kənd sakini, 2005-ci il təvəllüdlü Xosiyev Pünhan Ehtiram oğlunu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Onu vuran sürücünün həmkəndlisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Hacıqabul   Qəza  





Xəbər lenti