"Prezidentin sərəncamı əsasında laboratoriyaların sayı artırılacaq"

"Prezidentin sərəncamı əsasında laboratoriyaların sayı artırılacaq"
  20 May 2024    Oxunub:916
"2022-2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyası"nın Tədbirlər Planında AzMİ-də dövrün sonuna yeni yaradılan laboratoriyaların sayının 20-yə çatdırılması nəzərdə tutulub".
AzVision.az xəbər verir ki, bu sözləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən "Milli Metrologiya Forum"unda deyib.

Onun sözlərinə görə, laboratoriyaların sayının artırılması Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənib.

"Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində TÜBİTAK UME ilə aparılan danışıqların nəticəsi olaraq ölkəmizdə birinci mərhələdə inşaat, nəqliyyat, hərbi sənaye, səhiyyə və istehsal sahələrinə xidmət edəcək 12 milli etalon laboratoriyaların yaradılması məqsədəmüvafiq hesab edilib", - o qeyd edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: forum   metrologiya  





Xəbər lenti