Ədliyyə Nazirliyinin bir sıra səlahiyyəti Məhkəmə-Hüquq Şurasına verilib

   Ədliyyə Nazirliyinin bir sıra səlahiyyəti Məhkəmə-Hüquq Şurasına verilib
  20 May 2024    Oxunub:1050
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiqlənib.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin fərman imzalayıb.

Dəyişikliyə əsasən, məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkili, hakimlərin əmək və sosial hüquqlarının təminatı, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər, birinci və apelyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, həmçinin birinci instansiya məhkəmələrində sədr və sədr müavini vəzifələri vakant olduqda onların icrasını həmin məhkəmənin hakimlərindən birinə həvalə müvəqqəti etmək, birinci instansiya məhkəmələrinin hakimlərini onların razılığı ilə digər məhkəməyə ezam etmək, onlara məzuniyyət vermək, həmin məhkəmələrin aparatlarının strukturunu və ştat cədvəlini təsdiq etməklə bağlı hüquqlar Məhkəmə-Hüquq Şurasına aid edilir.

Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının hakimlər barəsində intizam icraatının başlanılması barədə müraciət etməsi imkanı və hakimlərin həmin orqana ezam edilməsi qanundan çıxarılır. Hakimlərin öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam müddəti isə 1 ilədək müddətə azaldılır. Layihədə Məhkəmə-Hüquq Şurasının hər hansı müraciət olmadan qanunla müəyyən edilmiş hallarda bütün instansiya məhkəmələrinin hakimləri barəsində intizam icraatı başlamaq vəzifəsi qeyd olunur.

Dəyişikliklər 2024-cü il iyunun 1-dən qüvvəyə minəcək.

AzVision.az


Teqlər: Prezident   fərman   məhkəmə   səlahiyyət  





Xəbər lenti