Tacikistan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib - FOTO

   Tacikistan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib -  FOTO
  22 May 2024    Oxunub:1090
Mayın 22-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ölkəmizə dövlət səfəri çərçivəsində Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AzVision.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

AzVision.az


Teqlər: Azərbaycan   Tacikistan   Prezident   Ulu-Öndər  





Xəbər lenti