Qarabağda 705 abidə dövlət qeydiyyatına alınıb

Qarabağda 705 abidə dövlət qeydiyyatına alınıb
  23 May 2024    Oxunub:728
“İşğaldan azad olunmuş ərazilərdə ümumilikdə 705 tarixi mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Bu prosesə yerli və xarici mütəxəssislər cəlb edilib”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan Arxeoloji Turizm və Dayanıqlı İdarəetmə mövzusunda keçirilən Beynəlxalq Konfransda deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun xətti ilə Şuşada, Ağdamda, Zəngilanda bir sıra tarixi abidələr bərpa edilib:

“Tarixi abidələrin sırasında arxeoloji abidələr xüsusi yer tutur. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 13 tarixi mədəniyyət qoruğu var ki, bunların da 9-u arxeoloji qoruqdur”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti