Rəhmon: Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır

      Rəhmon:    Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır
  23 May 2024    Oxunub:781
Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir.
AzVision.az xəbər verir ki, bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə səsləndirib.

Tacikistan Prezidenti, həmçinin deyib: “Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir”.

AzVision.az


Teqlər:





Xəbər lenti