“Yuxumdakı şəhid” sənədli filminin təqdimatı keçirilib

 “Yuxumdakı şəhid” sənədli filminin təqdimatı keçirilib
  24 May 2024    Oxunub:746
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) rəsmi tərəfdaşlığı və dəstəyi,”Biz Bİr Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin, Erfolg Events MMC-nin təşkilatçılığı ilə şəhid olan Cavid Həsənova həsr edilmiş “Yuxumdakı şəhid” sənədli filminin təqdimatı keçirilib.
AzVision.az xəbər verir ki, Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Üniversitetinin rektoru , Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli yoldan danışıb, Silahlı Qüvvələrimizin hər bir mənsubunun qəhrəmanlıq salnaməsində silinməz iz buraxdığını diqqətə çatdırıblar.

Ordumuzun son antiterror tədbirlərinə toxunan natiqlər oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd rayonlarında Azərbaycan Bayrağı ucaltmasını bütün dünya azərbaycanlılarının sevinclə qarşıladığını diqqətə çatdırıblar. Vurğulanıb ki, Vətənimiz uğrunda mübarizədə canlarından keçən oğullarımızdan biri də İkinci Qarabağ müharibəsi şəhidi Cavid Həsənovdur. Sənədli filmin təqdimatının məhz Vətən müharibəsinin üçüncü ildönümü günlərinə təsadüf etməsini yüksək qiymətləndirən çıxışçılar bununla Cavid Həsənovun timsalında bütün şəhidlərin xatirəsinin yad olunduğunu bildirib, qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıblar.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti