İsmayıllıda göldə batan şəxsin meyiti tapılıb

İsmayıllıda göldə batan şəxsin meyiti tapılıb
  24 May 2024    Oxunub:759
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Kürdmaşı kəndi yaxınlığındakı süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
AzVision.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

Dalğıclar tərəfindən süni göldə batmış 1998-ci il təvəllüdlü Qasımov Əli Elman oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti