Ədliyyə işçilərinə mənzil kirayəsi üçün kompensasiya ödəniləcək

   Ədliyyə işçilərinə mənzil kirayəsi üçün kompensasiya ödəniləcək
  25 May 2024    Oxunub:769
Prezident İlham Əliyev "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunda dəyişikliyi təsdiqləyib.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar kirayə mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.

Eyni zamanda, qanunda 37.7-ci maddənin ikinci - "Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir" cümləsi çıxarılıb.

AzVision.az


Teqlər: Prezident   qərar   ədliyyə-orqanları  





Xəbər lenti